Proqramçı kimdir

yazar : Admin

+0 Bəyəndim

Proqramçı kimdir

- Mən C++, JAVA, Visual Basic alqoritmik dillərini bilirəm!!!(?)
- Bu dillər vasitəsilə hansı sistemi yaratmısan?
- ...

(tələbərlə ilk söhbətlərdən)

Kompüterə yüklənmiş əməliyyat sistemləri, ofis proqramlarından ala-babət istifadə edən və özünü proqramçı adlandıranlar haqda bir söz demək istəmirəm. Burada hər şey aydındır. :-)

Alqoritmik dillərdən xəbərdar olan, bəzən proqram fraqmentlər yazan gənclərimizlə proqramçılıq haqda fikirlərimi bölüşmək istərdim. Bununla bağlı bəzi məsələlərə aydınlıq gətirmək yaxşı olardı:

  • Əvvəla, Alqoritmik dillər (C, Delphi, C++, C#, VB, Pascal, PHP, PERL və d.) proqram təminatı yaratmaq üçün nəzərdə tutulmuş vasitələrdir. Yəni proqramçı üçün alqoritmik dilin öyrənilməsi məqsəd deyil. Məqsəd qarşıya qoyulmuş sistem və ya problem məsələnin(ya məsələlərin) həllidir. Belə məsələlərin həlli zamanı proramçı bir və ya bir neçə alqoritmik dildən istifadə edə bilər. Uyğun Alqoritmik Dilin (AD) seçilməsi proqramçının peşəkarlıq göstəricilərindən biridir. 
    Məsələn, fərz edək ki, biz zərgərik. Məqsədimiz sifariş olunmuş üzüyün hazırlanmasıdır. Aydındır ki, körükdən çıxardılmış üzüyün lazımi formaya salınması üçün çəkicə ehtiyac var. Alətlər qutusunda olan bir neçə çəkicdən bu işə ən yararlısın götürüb, işi tamamlayırıq. Əlbəttə bu işi görmək üçün ağır dəmirçi çəkicindən də istifadə edə bilərik. Amma bu zaman hazırladığımız üzük çox kobud olacaq. Deməli zərgərin peşəkarlığının ən əsas göstəricilərindən biri uyğun alətin seçilməsidir.

  • İkincisi, bütün tələbləri ödəyə biləcək AD mövcud deyil!!! Bu səbəbdən proqramçı, öz fəaliyyəti dövründəonlarla AD-lər öyrənməyə məcbur olur. Öyrənmə deyəndə AD-in funksiyalarını, siniflərini, obyektlərini şer kimi əzbərləmək nəzərdə tutulmur. 20 il bundan öncə DOS əməliyyat sistemində istifadə olunan Basic (QB, TurboB, GBasic və d.) AD-də 300 yaxın operator, funksiya mövcud idi. Bunlar o dövrdə qarşımızda duran məsələləri həll etmək üçün kifayət idi. Müasir AD obyektə yönəlmiş alqoritmik dillər olduğu üçün, proqramçının minlərlə operatorlardan, funksiyalardan, obyekt/siniflərdən istifadə etmək zəruriyyəti ortaya çıxıb. Amma bu qədər məlumatları əzbərləmək mümkün deyil. Proqramlaşdırma zamanı AD-lə bağlı zəruri məlumatları əldə etmək üçün AD-in Texniki Sənədlərinə/Kömək sisteminə(HELP) müraciət etmək lazımdır. Bu mənbələri araşdırmaq üçün əvvəlcə zəruri metodologiyanı öyrənmək lazımdır.

  • Üçüncüsü, kompleks sistemlərin yaradılması prosesində zəruri olan 5 mərhələnin (daha geniş bax: "PROQRAMLAŞDIRMA" məqaləsinə) üçüncüsü proqramlaşdırmadır. Buna qədər zəruri digər mərhələlər keçilməlidir.  Amma bu ayrıca bir mövzudur. Bu haqda daha geniş yazmağa ehtiyac var.

  • Dördüncüsü, proqramlaşdırmanı öyrənən zaman AD-nin seçilməsində aşağıdakı tələbləri nəzərə almaq lazımdır:

    • AD öz konstruksiyasına görə digərlərinə nisbətən sadə və anlaqlı olmalıdır.

    • Seçilmiş AD, real və sadə məsələlərin (məsələn ofis məsələlərinin) həllinə asanlıqla tətbiq etmək imkanına malik olmalıdır.

    • AD-in interpretatorunun olması vacib şərtlərdən biridir. Xüsusilə proqram kodlarının araşdırılması, sazlanması zamanı buna çox böyük ehtiyac var.

    • Seçilmiş AD-in Kömək Sistemi(HELP) vasitəsilə qarşıya çıxacaq problemləri həll etmək imkanı olmalıdır.

    • Seçilmiş AD-lə bağlı kifayət qədər və bütün səviyyələrdə (beginer&profi) samballı ədəbiyyatların olması zəruri şərtlərdən biridir. Bundan başqa bu kitablarda istifadə olunan kommentariyalı proqram kodlarının CD/DVD disklərin olması da yaxşı haldır. Bu, AD-i daha dərindən öyrənmək üçün gənc proqramçıya yardım olar.

    • İngilis və rus dillərindən heç olmazsa birini texniki terminlər səviyyəsində bilmək AD-in öyrənilməsində gənc proqramçıya yardımçı ola bilər. Çünkü, Azərbaycan dilində müasir tələblərə cavab verən ədəbiyyat yox dərəcəsindədir.

  • Beşincisi, riyazi təfəkkür proqramlaşdırmanın əsasını təşkil edir. Məhz proqramlaşdırmaya qədər hər hansı bir məsələnin əvvəlcə riyazi modeli/alqoritmi yaradılır. Sonra bu alqoritm AD-də realizə olunur. Riyazi təfəkkürü zəif olan insanın proqramçılıq peşəsinə yiyələnməsi qeyri-mümkündür.

  • Altıncısı, proqrpamçı sənətinə yiyələnmək istəyən şəxs böyük səbr və zəhmətsevər olmalıdır. Digər sənətlərdən fərqli olaraq proqramçı sənətini öyrənən şəxs "marafonçu" olmalıdır. Yəni peşəkar səviyyəsinə çatmaq üçün uzun müddətli və məqsədyönlü zəhmət çəkilməsi tələb olunur.

  • Yeddincisi, geniş dünyagörüşünün və mücərrəd fikirləşmə qabiliyyətinin olması proqramçılıq sənətində kifayət qədər zəruri  tələblərdən biridir. Faktiki bu xüsusiyyətlər proqrpamçılıqda hansı səviyyəyə qədər yüksəlmək imkanlarını müəyyən edir.


progrəmləməx dilərinin iştətməx diaqramı

yazar : Admin

+0 Bəyəndim


2013ilinin progrəmləməx dilərinin iştətməx diaqramı
bi diaqramı
www.tiobe.com
dan goturə bilərsizş






  • [ 1 ]